Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 16:00
Rusiyada prezident seçkisinə Ümumxalq Birliyi Partiyasının tövsiyəsi ilə müfti Anar Ramazanovun da qatılacağı iddia olunur.
Sonxeber.net axar.az-a istinadən prezidentliyə namizəd olacaq Rusiya müftisi Anar Ramazanovun dosyesini təqdim edir:
Anar Telman oğlu Ramazanov 13 avqust 1976-cı ildə Moskvada anadan olub. Açıq mənbələrdə onun Tatarıstan əsilli olduğu deyilir.
O, 1992-1994-cü illərdə Suriyanın paytaxtdı Dəməşqdəki Əl-Fürqan İslam Kollecində təhsil alıb.
Ramazanovun dini karyerası bütünlüklə strukturunda uzun illər müxtəlif vəzifələrdə çalışdığı Rusiya Federasiyası Müftilər Şurası və onun sədri Raviel Qaynutdinlə bağlı olub. 1997-ildə Rusiya Müftilər Şurasının xətti ilə Kostromada imam olub, Moskva İslam Kollecinin imam-xətib diplomunu alıb.
Sonra Poklonnaya qoradakı Memorial məsciddə müəllim işləyib və 2009-cu ildə Çertanovoda "Kövsər" icmasını yaradıb və icmanın imam-xətibi olub.
Gözlənilmədən Ramazanov Qaynutdinin yuristikasiyasını tərk etmək qərarına gəlir. Bunun üçün o, yeni müstəqil Müftilər Şurasını yaradıb. Yeni ruhani heyətinin təsisçiləri isə "Asiya" icması (sədri qırğız mühacirləri arasında işləyən vaiz Suyumbek Jusubeliyev), "İstok" maarifləndrici mərkəzi (sədri tatar türkü Xasim Kəbirov) və "Ruhani yol" şiə icması (sədri azərbaycanlı Yasin Əliyev) olub. Yasin Əliyevin təsisçilərdən biri olması böyük təəccüblə qarşılanıb, çünki Rusiyadakı şiə icmaları heç vaxt sünni müftiliklərinin yaradılmasında təsisçi kimi çıxış etməyiblər. Ramazanovun rəhbərlik etdiyi yeni dini qurumun diasporların birbaşa iştirakı ilə yaradıldığı iddia olunur. Burada qırğız və Azərbaycan diasporunun adları çəkilir.
2016-cı ildə isə o, Rusiya Müsəlman Gənclər Birliyinə rəhbərlik edib. Moskvadan kənarda Ramazanov daha çox qadınlar üçün "Müsəlman", uşaqlar üçün isə "Atəşböcəyi" islam jurnallarının naşiri kimi tanınır.
Ailəlidir, üç övladı var.