Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 21:34
Qərbin dondurulmuş Rusiya aktivlərini Ukraynaya verməsi dünyada maliyyə böhranına səbəb olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, dbunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Koşaçev bildirib.
"Bayden administrasiyasının növbəti dəli təşəbbüsü Rusiya Federasiyasının mərkəzi bankının dondurulmuş aktivlərini silmək və bu vəsaiti Ukraynaya göndərməkdir. Nəticədə hər kəs itirəcək", - Kosaçev vurğulayıb.
Qeyd edək ki, Co Bayden administrasiyası dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermək üçün müttəfiqlərlə təcili danışıqlara başlayıb. Söhbət təxminən 300 milyard dollarlıq Rusiya aktivindən gedir.