Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dinamo"nun baş məşqçisi bu səbəbdən Emreliyə şans vermirmiş

Tarix: 23 Dekabr 2023 01:42

Mahir Emreli "Dinamo"dan (Zaqreb) ayrıla bilər.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Sergey Yakiroviç millimizin üzvünə şans vermir. Bosniya və herseqovinalı mütəxəssis hücumçunun göndərilməsindən yanadır. Bu məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. 46 yaşlı mütəxəssis Mahirin "Dinamo"dan ayrılması üçün müxtəlif bəhanələr axtarır. Bunlardan ən qəribəsi milli komanda ilə bağlı olub. Sən demə, Mahir Emrelinin yığmanın son oyunlarında meydanda az olması hücumçunun "Dinamo"nun əsas heyətindən də kənarda qalmasına səbəb olub. Yakiroviç bunu əsas gətirərək Mahirə oyunlarda şans verməyib.

Qeyd edək ki, yığmamızın üzvü hazırda Azərbaycandadır. Mahir doğma yurdu Zaqatalada istirahət edir.

Milli.Az


Etiketlər:  Dinamonun baş məşqçisi bu səbəbdən Emreliyə şans vermirmiş


RƏYLƏR