Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Səni axtarıram”da Aqşin Fatehi sevdiyini deyən qadın METRODA OLAY ÇIXARDI – VİDEO - FOTO

“Səni axtarıram”da Aqşin Fatehi sevdiyini deyən qadın METRODA OLAY ÇIXARDI – VİDEO - FOTO

Tarix: 23 Dekabr 2023 11:05

Bu gün Bakı metrosunda maraqlı anlar yaşanıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, orta yaşlı qadın qatarda Aqşin Fatehin adını qışqıraraq ağlayıb.

Hadisənin şahidi olan sərnişinlər ona yardımçı olmaq istəsələr də, onu sakitləşdirmək mümkün olmayıb.

Maraqlı nüans isə odur ki, səhər saatlarında metrada səs-küy salan həmin qadın "Səni axtarıram" verilişində Aqşin Fatehi sevdiyini, onunla görüşmək istədiyini deyən xanım imiş.

Xatırladaq ki, bu kadrlardan sonra Aqşin Fateh canlı efirə qoşularaq qadına irad bildirib:

"Ailəliyəm 4 övladım var. Nənəm yaşında qadındır. Çıxıb efirə ki, Aqşini sevir. Onun bir yaxını, ailəsində kişi varsa, götürüb gəlsin danışaq. Görək nə istəyir? Dəfələrlə bizim iş yerinə gəlib, işçiləri narahat edib. Restoranıma gəlib, camaatın içində üzümdən öpüb. Başa düşmürəm, niyə belə edir?".

Milli.Az


Etiketlər:  Səni axtarıramda Aqşin Fatehi sevdiyini deyən qadın METRODA OLAY ÇIXARDI VİDEO FOTO


RƏYLƏR