Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“The Beatles” qrupunun birgə rəsmi hərraca çıxarıldı - FOTOlar

“The Beatles” qrupunun birgə rəsmi hərraca çıxarıldı - FOTOlar

Tarix: 23 Dekabr 2023 20:40

Məşhur "The Beatles" qrupunun 1966-cı ildə Yaponiyaya qastrol səfərinə getdikləri zaman Tokioda "Hilton" hotelinin lüks otağında birlikdə çəkdikləri rəsm hərraca çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onlar çəkdikləri rəsmə "Qadın obrazları" adı veriblər.

Bəzi ekspertlərin "The Beatles" qrupunun dörd üzvünün birlikdə yaratdıqları (və ya ən azı dördünün imzaladığı) yeganə sənət əsəri olduğunu hesab etdikləri rəsm fevralın 1-də Nyu-Yorkdakı "Christie's" hərrac evində satışa çıxarılacaq.

"Qadın obrazları" rəsminin 400-600 min ABŞ dolları arasında gəlir gətirəcəyi təxmin edilir.

1966-cı ilin yayında qastrol səfəri zamanı "möhtəşəm dördlük" Yaponiyada təxminən 100 saat vaxt keçirib.

Onlara hotelə sənət ləvazimatları gətirilib. Tezliklə qrup üzvləri üzərində boş bir Yapon bədii kağızı olan masa ətrafında toplanıblar. Hər kəs özünəməxsus bir şey çəkib.

Qeyd edək ki, qrup üzvləri təsviri incəsənətdə yeni olmayıblar. Con Lennon incəsənət məktəbində oxuyub, Pol Makkartni də, həmçinin bu sənəti öyrənib. Corc Harrison və Rinqo Starr isə tez-tez özləri üçün rəsm çəkiblər.

Milli.Az


Etiketlər:  The Beatles qrupunun birgə rəsmi hərraca çıxarıldı FOTOlar


RƏYLƏR