Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynalı komandir: 2024 qat-qat çətin olacaq!

Ukraynalı komandir: 2024 qat-qat çətin olacaq!

Tarix: 23 Dekabr 2023 23:24

Rusiya ilə münaqişə danışıqlarla yekunlaşacaq, lakin ukraynalılar total səfərbərliyə hazırlaşmalıdırlar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın 3-cü xüsusi hücum briqadasının aviasiya və hava hücumundan müdafiə xidmətinin rəhbəri Vasili Samovar bildirib.

"2024-cü il 2023 və 2022-ci illərin cəmindən qat-qat çətin olacaq. İnanıram ki, bu münaqişə də dünyada hər hansı münaqişə kimi, danışıqlarla yekunlaşacaq", - o deyib.

Samovar əlavə edib ki, Ukraynanın Rusiya qədər nə pulu, nə resursu, nə də səfərbərlik potensialı var:

"Buna görə də ukraynalılar total səfərbərliyə və çətin qışa hazırlaşmalıdırlar".

Milli.Az


Etiketlər:  Ukraynalı komandir 2024 qat qat çətin olacaq


RƏYLƏR