Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 10:46
Türkiyədə ekranlara yeni çıxan "Kızıl Goncalar" serialındakı şiddət səhnələrinə qarşı etirazlar davam edir.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, "Mənəvi, Prinsipial, Ləyaqət Vəqfi"nin işçiləri narazılıqılarını bildirmək üçün serialın yayımlandığı televiziya binasının qarşısına yığışıblar.
Onlar ekran işində yayımlanan şiddət səhnələrinə etiraz olaraq müxtəlif plakatlar qaldırıblar.
Etirazçılardan biri çıxış edərək serialda dini dəyərlərin təhqir edildiyini bu səbəbdən dinlə məşğul olan dindar insanlardan üzr istənilməli olduğunu, serialın ssenari müəllifinin bu cür senarini davam etdirmək çəkindirmək olduğunu bildirib:
"Biz İslami dəyərlərin belə iyrənc səhnələrə mövzu olmağını istəmirik. Müsəlmanların alçaldılmasını əsla qəbul etmirik".
Xatırladaq ki, bir neçə gün əvvəl isə naməlum şəxslər serialın afişasının asıldığı divara qara rəngli sprey boya ilə hücum edib.
Ekran işində dini dərsdə müəllim şagirdə qarşı zorakılıq edərək ona "sillə" vurub. Türkiyə Radio və Televiziya İdarəsi serialda yayımlanan bu görüntülərin araşdırılacağını bildirib.
Serialın baş rollarında aktrisa Özgü Namal və müğənni Özcan Deniz çəkiliblər.