Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərb Kremllə daha bir Avropa ölkəsində toqquşdu

Qərb Kremllə daha bir Avropa ölkəsində toqquşdu

Tarix: 26 Dekabr 2023 13:52

Qərb tərəfindən belə bir addımın atılması gözlənilən idi. Uzun müddətdir ki, Serbiya Avropada Rusiyanın əsas dayaq nöqtələrindən biridir. Hətta SSRİ dövründə Yuqoslaviya Moskvanın ən əsas müttəfiqi olub.

Sonxeber.net bildirir ki, bu sözləri axar.az-a politoloq Turab Rzayev Serbiyada baş verən son gərginlikdə Avropanın iştirakının olması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

O, çox da uzaq tarix olmayan NATO qoşunlarının Belqradı bombalamasını, Kosovanın Serbiyadan qopardılmasını misal çəkərək, bunun Qərb-Şərq qarşıdurmasının bir hissəsi kimi nəzərdən keçirilməli olduğunu bildirib:

"İndiki Rusiya-ABŞ qarşıdrmasında yenə də Serbiya Moskvanın Avropada əsas dayaq nöqtəsi kimi çıxış edir. İstər Serbiya, istər elə AB daxilində Macarıstan, Bolqarıstan kimi bir sıra dövlətlər var ki, Rusiyaya sanksiyalardan yayınmağa kömək edir, Ukrayna münaqişəsindən diqqətin yayınmasına səbəb olurlar. Biz bundan əvvəl Serbiya və Kosova arasındakı münasibətlərin gərginləşməsinin, Balkan konfliktlərinin qızışma ehtimalının olduğunun şahidi olmuşuq. Burada əsas hədəf odur ki, Rusiya Avropanın mərkəzini qarışdıra biləcəyini göstərib. Eyni zamanda, diqqətin Ukrayna münaqişəsindən dünyanın fərqli istiqamətindəki münaqişələrə yönəldilməsinə çalışıb".

Politoloq Serbiyada baş verən son gərginliyi Qərbin intiqamı kimi dəyərləndirib:

"Rusiyaya Avropa cəbhəsində güclənməyə və Ukraynadan diqqət yayındırmağa çalışan ölkələrə qarşı Qərbin bir intiqam alacağı, hansısa formada aktiv siyasi fəaliyyət yeridəcəyi gözlənilən idi. Məsələn, sırf Yaxın Şərqdəki prosesi qızışdırdığına görə İrana qarşı da belə bir addım atılacağı ehtimal olunur. Serbiyanın cəzalanacağı da istisna deyil. Ən azından Serbiya hökumətinin başını qatmağa, hakimiyyəti zəiflətməyə və onu daxili problemlərə yönəlməyə cəlb edəcəklər. Alınsa, dövlət çevirilişi edib, Avropaya və NATO-ya inteqrasiya tərəfdarı olan, Rusiya ilə arasında məsafə qoyan yeni rejim formalaşdırmağa çalışacaqlar. Bunu daha əvvəllər Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya ölkələrində ediblər. Mümkündür ki, Serbiyada da yenidən etməyə çalışsınlar. Necə ki, Yuqoslaviyanı vaxtılə fərqli liberal və gənclər təşkilatlarının əli ilə bu şəkildə parçaladılar, ola bilsin Serbiyada bunu yenidən həyata keçirsinlər".


Etiketlər:  Qərb Kremllə daha Avropa ölkəsində toqquşdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ