Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 14:40
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu Yeni il münasibəti ilə sabiq komanda yoldaşı Marselonun oğluna forma bağışlayıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Marselonun oğlu "Real Madrid"də atası ilə birlikdə çıxış etmiş 38 yaşlı forvardın hədiyyəsindən məmnun qalıb və ona sosial şəbəkədə təşəkkür edib:
"Çox sağ ol, Kriş. Səni sevirəm. Sən mənim kumirimsən".
Qeyd edək ki, hazırda ölkəsinin "Fluminense" klubunda çıxış edən Marselo 2007-2022-ci illər aralığında İspaniya nəhənginin uğurları üçün çalışıb. Ronaldu isə 2009-2018-ci illər aralığında "Real"ın formasını geyinib.