Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kirkorov “çılpaq gecə''yə görə üzr istədi - VİDEO

Kirkorov “çılpaq gecə''yə  görə üzr istədi - VİDEO

Tarix: 26 Dekabr 2023 18:06

Rusiyanın Xalq artisti Filipp Kirkorov "Orel i Reşka" səyahət verilişi ilə məşhurlaşan aparıcı və bloger Nastya İvleyevanın "çılpaq gecə"də iştirak etdiyi üçün üzr istəyib və səhv etdiyini etiraf edib. 

Sonxeber.net bizim.media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında videomüraciət ünvanlayıb. 

Filippin sözlərinə görə, hər insanın həyatında elə anlar olur ki, hansı ki, düzgün qapıdan içəri girmirsən: 

"Bu çətin vaxtlarda, qəhrəmanlıq dövründə mənim çapımda olan bir sənətkar, Xalq artisti heç bir tədbirdə iştiraka bu qədər məsuliyyətsiz yanaşa bilməz və yanaşmamalıdır. Mən yalnız öz ölkəmin sənətkarıyam, yalnız ölkəmin vətənpərvəriyəm". 
Qeyd edək ki, bundan əvvəl İvleyevanın özü tədbirdən fotoların internetə sızmasına görə üzr istəyib və gecədən əldə olunan gəliri xeyriyyəçiliyə bağışlayacağını vəd edib. 


Etiketlər:  Kirkorov çılpaq gecəyə görə üzr istədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ