Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“AA” seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb idarə edirmiş

“AA” seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb  idarə edirmiş

Tarix: 26 Dekabr 2023 18:30

Bakıda sürücünün başqa bir avtomobilə məxsus "AA" seriyalı dövlət nömrə nişanını öz maşınına taxaraq idarə etməsi məlum olub.

"Qaynarinfo"nun məlumatına görə, buna görə 1979-cu ildə Ağdam şəhərində doğulmuş Elnur (şərti ad) adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilib.

İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elnurun idarə etdiyi avtomobil axtarışda olub və Dövlət Yol Polisindən (DYP) yayınmaq üçün başqa bir avtomobilə məxsus "AA" seriyalı dövlət nömrə nişanını taxaraq idarə edib.

Həmçinin onun həmin avtomobili idarə etmək üçün səlahiyyətinin (etibarnamə və ya yol vərəqi) olmadığı üzə çıxıb.

Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və ona inzibati tənbeh olaraq 8 gün müddətində inzibati həbs təyin edilib.

Milli.Az


Etiketlər:  AA seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb idarə edirmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ