Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2023 19:34
Avstraliyanın Kvinslend ştatında fırtınadan bir gün sonra 130 mindən çox ev işıqsız qalıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ştatın rəhbəri Stiven Maylz "X" sosial şəbəkəsində paylaşım edib.
"Hazırda 130 mindən çox ev və iş yeri işıqsız qalıb. Elektrik təchizatının bərpası üzərində iş gedir", - paylaşımda qeyd edilib.
Bildirilib ki, dolu və yağışla müşayiət olunan tufan Kvinslend ştatını vurub.