Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin sabiq futbolçusunun oğlu Mbappeni keçdi

Millimizin sabiq futbolçusunun oğlu Mbappeni keçdi

Tarix: 26 Dekabr 2023 20:54

Cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində ən çox uğurlu driblinq edən futbolçular bəlli olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

İlk sırada İtaliyanın "Napoli" klubunda çıxış edən gürcüstanlı Xviça Kvaratsxeliya qərarlaşıb.

22 yaşlı hücumçu 46 uğurlu driblinqlə birincidir. Fransanın PSJ komandasından Kilian Mbappe (44) ikinci, İtaliya "Milan"ından Rafael Leau (36) üçüncü olub.

Qeyd edək ki, Xviça Azərbaycan milli komandasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Milli.Az


Etiketlər:  Millimizin sabiq futbolçusunun oğlu Mbappeni keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ