Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın xarici işlər naziri Ermənistana səfər edəcək

İranın xarici işlər naziri Ermənistana səfər edəcək

Tarix: 26 Dekabr 2023 22:30

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan dekabrın 27-də Ermənistana səfər edəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsində bildirib.

Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Mirzoyanla görüşü planlaşdırılır.

Bundan əvvəl İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İkitərəfli əməkdaşlığın gündəliyinə dair məsələlər, regiondakı vəziyyət və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan sonuncu dəfə 2022-ci ilin oktyabrında Ermənistana səfər edib.

Milli.Az


Etiketlər:  İranın xarici işlər naziri Ermənistana səfər edəcək


RƏYLƏR