Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi onu öz yanına aparır

Messi onu öz yanına aparır

Tarix: 27 Dekabr 2023 11:50

Hücumçu Lionel Messi "Boka Xuniors"un müdafiəçisi Markos Roxonu "İnter Mayami"yə keçməyə razı salır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Radio Continental" məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı argentinalı təkcə Messi ilə deyil, həm də komandanın baş məşqçisi Xerardo Martino ilə əlaqə saxlayır. "Palmeyras" da Roxoya iddialıdır.

Roxo 2021-ci ilin fevralında azad agent kimi "Mançester Yunayted"dən "Boka Xuniors"a keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Transfermarkt müdafiəçini 2 milyon avro qiymətləndirir.

Bu mövsüm Roxo 16 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Roxo karyerası ərzində "Mançester Yunayted"dən başqa, "Sportinq", Moskvanın "Spartak" və "Estudiantes LP" klublarında çıxış edib.

34 turun nəticələrinə əsasən, "İnter Mayami" MLS-də 34 xalla 27-ci yeri tutub və turnirin pley-off mərhələsinə adlaya bilməyib.

Milli.Az


Etiketlər:  Messi onu öz yanına aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ