Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2023 17:09
Tarix və mədəniyyət abidələri barədə məlumatlar dövlət şəhərsalma kadastrına yerləşdiriləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"də əksini tapıb.
Fərmana əsasən, dövlət şəhərsalma kadastrı məlumatlarına aşağıdakılar aiddir:
- torpaq sahəsinin texniki göstəricilərinə dair məlumatlar;
- mühəndis-kommunikasiya təminatı sistemi (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) barədə məlumatlar;
- yağış sularının axıdılması sistemlərinin infrastrukturuna dair məlumatlar;
- tarix və mədəniyyət abidələri və onların mühafizə zonaları barədə məlumatlar;
- nəqliyyat infrastrukturu barədə məlumatlar;
- meliorasiya və irriqasiya infrastrukturuna dair məlumatlar;
- bina və qurğuların texniki göstəriciləri barədə məlumatlar.