Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir vaxtlar dünyanın "bir nömrə"si idi: İndi isə... - VİDEO

Bir vaxtlar dünyanın

Tarix: 27 Dekabr 2023 23:46

Sabiq tennisçi, kortların əfsanəsi Serena Uilyams karyerasını bitirdən sonra bütün diqqətini uşaq böyütməyə yönəldib. Avqustda idmançı ikinci dəfə ana olub. O, Adira adlı qız dünyaya gətirib.

Körpəni böyütməkdə böyük qızı Olimpia ona kömək edir.

Milad bayramı şərəfinə Uillyams qızlarla maraqlı kadrlar paylaşıb. Serena tərəfindən "İnstaqram"da yerləşdirilən videoda böyük qızının Adiranı qucağına alıb ona "idman etməyi" öyrətdiyi və tennisçinin isə qızlarına emosiya ilə baxdığı əks olunub. Xoşbəxt ana Olimpia ilə fransızca danışır və böyük qızına körpələr üçün məşqləri düzgün yerinə yetirməyi izah edir.

Serena bu yaxınlarda qızının böyük bacı rolunun öhdəsindən yaxşı gəldiyini söyləyib. O, balaca Adiranı sevir və valideynlərinə hər cür kömək edir. Eyni zamanda, Uilyams özünün də digər analardan heç bir fərqi olmadığını qeyd edib. Çempion etiraf edir ki, o, tez-tez yorulur, lakin Olimpia çətin anlarda onun köməyinə gəlir.

Milli.Az


Etiketlər:  Bir vaxtlar dünyanın bir nömrəsi idi İndi isə VİDEO


RƏYLƏR