Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2023 07:08
Cənubi Koreya Şimali Koreyanın hərbi təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirmək üçün ABŞ-dan daha 20 ədəd F-35A qırıcısı almaq üçün müqavilə imzalayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilir ki, ABŞ-ın "Lockheed Martin" şirkətinin istehsalı olan döyüş təyyarələrinin alınmasına dair müqavilə sentyabrda Vaşinqtondan razılıq alındıqdan sonra dekabrın 8-də imzalanıb.
Məlumata görə, yeni F-35A qırıcıları 2027-ci ildə təhvil veriləcək və təkmilləşdirilmiş döyüş qabiliyyətinə və təhlükəsizlik xüsusiyyətlərinə malik olacaq.
Qeyd edək ki, Cənubi Koreya Hərbi Hava Qüvvələrində 2019-2022-ci illərdə ABŞ-dan alınmış 39 ədəd F-35A qırıcısı var.