Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbəti il üçün inflyasiya Proqnozu

Növbəti il üçün inflyasiya Proqnozu

Tarix: 28 Dekabr 2023 10:32

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% intervalında saxlamaqdan ibarət olacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi növbəti ilə də hədəf göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən hesablanan istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

Mərkəzi Bankın son proqnozlarına görə davam edən pul siyasəti nəzərə alınmaqla 2024-cü ildə illik inflyasiyanın 5-5.5% civarında olacağı gözlənilir. İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.


Etiketlər:  Növbəti üçün inflyasiya Proqnozu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ