Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinin planı üzə çıxdı: Beşillik müharibə...

Putinin planı üzə çıxdı: Beşillik müharibə...

Tarix: 28 Dekabr 2023 14:34

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinə Ukraynaya qarşı ən azı beş il mübarizə aparacaqlarını deyib. O, bu fikri çinli həmkarı ilə martda Moskvada görüşü zamanı dilə gətirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Nikkei Asia" nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Putin sonda Rusiyanın qalib gələcəyinə əmin olduğunu bildirib.

Məlumatda deyilir ki, Putinin beşillik müharibə haqda sözlərindən sonra Çin strategiyasına yenidən baxıb. Rusiyanın Ukraynaya qarşı uzun sürən müharibəsi Cinpinin Çin lideri kimi üçüncü müddətində ambisiyalarına ciddi təsir göstərə bilər. Söhbət xüsusilə Tayvanın Çinə birləşdirilməsindən gedir.

"Nikkei Asia" yazır ki, Putinin bu fikri nəzərə alınaraq, Rusiyanın atəşkəs və danışıqlara hazır olduğuna dair mesajlarının hamısı nominal qəbul edilməməlidir.

"Ola bilsin, Putin martda Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində atəşkəsə, hətta sülhə doğru getdiyi illüziyası yaratmaq istəyir, səsvermə zamanı belə bir atmosferin onun əlinə oynayacağına inanır", - məqalədə vurğulanır.

Milli.Az


Etiketlər:  Putinin planı üzə çıxdı Beşillik müharibə


RƏYLƏR