Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan gimnastlarının 2023-cü il üçün reytinq siyahısı açıqlanıb - FOTO

Azərbaycan gimnastlarının 2023-cü il üçün reytinq siyahısı açıqlanıb - FOTO

Tarix: 28 Dekabr 2023 17:28

Azərbaycan Gimnastika Federasiyası 2023-cü ilin yekunlarına əsasən ilin ən yaxşı gimnastlarının adlarını açıqlayıb.

Milli.Az xəbər verir ki, reytinq sıralamasının birinci pilləsində Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı, Paris-2024-ə lisenziyanın sahibi Zöhrə Ağamirova yer alıb. İkinci yerdə dünya çempionatının bürünc, Avropa çempionatının qızıl və üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız qərarlaşıb.

Dünya çempionatının üçqat bürünc medalçıları olan Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası 3-cü pillədədir.

V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Dünya kubokunun qalibi, kişi idman gimnastımız Nikita Simonov 4-cü yeri tutub. Dünya çempionatının gümüş, Avropa çempionatının üçqat qızıl medalçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlüyümüz Ağasif Rəhimov və Raziyə Seyidli 5-ci olub.

İkiqat dünya çempionumuz Mixail Malkin (tamblinq) 6-cı pillədə yer alıb.

Dünya çempionatının ikiqat bürünc, Avropa çempionatının üçqat qızıl medalçıları, akrobatika gimnastikası üzrə kişi cütlüyümüz Daniel Abbasov və Murad Rəfiyev 7-ci pillədə qərarlaşıb.

Qadın idman gimnastımız Nazənin Teymurova reytinq sıralamasında 8-cidir.

Dünya çempionatının komanda hesabında qalibləri olan tamblinqçilərimiz Adil Hacızadə və Tofiq Əliyev isə müvafiq olaraq 9-cu və 10-cu pillələri bölüşdürüblər.

Milli.Az


Etiketlər:  Azərbaycan gimnastlarının 2023 il üçün reytinq siyahısı açıqlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ