Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Finlandiyada tətil bir neçə böyük zavodun fəaliyyətini dayandıracaq

Finlandiyada tətil bir neçə böyük zavodun fəaliyyətini dayandıracaq

Tarix: 28 Dekabr 2023 21:38

Finlandiyada ikigünlük kütləvi tətillər keçiriləcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Helsingin Sanomat" (HS) nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, tətillər Kilpilahti və Kokkola sənaye rayonlarında, o cümlədən "Neste" neft emalı şirkətinin zavodlarında keçiriləcək.

Bildirilib ki, bəzi zavodlarda iş fəaliyyəti dayandırılacaq.

Qeyd olunur ki, 7 minə yaxın insanın iştirakı gözlənilir. Etiraz aksiyalarının keçirilməsinə səbəb işçilərin hökumət islahatlarından narazılığıdır.

Milli.Az


Etiketlər:  Finlandiyada tətil bir neçə böyük zavodun fəaliyyətini dayandıracaq


RƏYLƏR