Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mayonezli salatlar infarkt və insulta səbəb olur?

Mayonezli salatlar infarkt və insulta səbəb olur?

Tarix: 28 Dekabr 2023 22:57

Bayram günlərində çox yeyilən mayonezli salatlar elə bu günlərdə artan infarkt və insultun "səbəbkarı" ola bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim Nataliya Koryagina mayonezli salatları Yeni ilin öldürücü yeməkləri adlandırıb.

"Bu salatlarda çox duz var, eləcə də salatlara qatılan şprotda civə və ağır metallar olur. Bu isə böyrəklər, həzm sistemi və ürəyi tədricən öldürür.

Pendir və mayonezlə örtülmüş toyuq əti də sağlamlığa zərərlidir. Salatlarda çox miqdarda kanserogen qatqılar olur.

Qida sənayesində mayonez emulqasiya yolu ilə alınır, bura marqarin, yumurta sarısı, sirkə vurulur. Ağzı açılıb yarımçıq qalan mayonezlərdə bakteriyalar çoxalır. Mayonez həm yağlı, həm duzlu olur.

Bir qaşıq mayonezdə 100 kalori var. Hətta evdə hazırlnmış mayonez belə düzgün hazırlanmadıqda bakteriya ocağı olur.

Yüngül və yağsız mayonezlərdə isə şəkər və ya şəkər əlavəsi olur. Bir banka mayonezdə 2-3 qram duz olur.

Doymuş yağla zəngin mayonez damarların düşmənidir. Artıq ürək-damar problemi olanlar bayramda bol mayenezlə qidalandığı üçün birdən-birə halı pisləşir. Ən pis halda infarkt, insult olur.
Bayram salatlarını mayonezsiz və ya alternativlərlə hazırlayın".

Milli.Az


Etiketlər:  Mayonezli salatlar infarkt insulta səbəb olur


RƏYLƏR