Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 00:45
Qış mövsümü başlayıb. Mövsümlə əlaqədar bəzi xəstəliklərdə artımlar olur. Bu artışlardan biri də üst tənəffüs yolu xəstəlikləri və alt tənəffüs yolu xəstəlikləridir. Quru öskürək kimi tandığımız bu xəstəliklərin təbii üsulla bir çox müalicəsi var.
Milli.az sağlamolun.az-a istinadən hücumları aradan qaldıran və nəfəs almağı asanlaşdıran reseptlərdən birini təqdim edir:
Tərkibi:
1 xörək qaşığı quru kəklikotu.
1 stəkan su.
Hazırlanması:
Kəklikotunun üzərinə qaynar su tökün. İsti bir dəsmal ilə sarıb, 1 saat buraxın.
Gündə 3 dəfə 2 çay qaşığı qəbul edin. Kurs 8-10 gündür.
Bu vasitə bakterisid və yüngül bəlğəmgətirici təsirə malikdir.
Quru öskürəyin hücumlarını əhəmiyyətli dərəcədə zəiflədir və sakitləşdirir.