Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadından Devid Bekhemə qeyri-adi Yeni il hədiyyəsi - VİDEO

Arvadından Devid Bekhemə qeyri-adi Yeni il hədiyyəsi - VİDEO

Tarix: 29 Dekabr 2023 04:34

Əfsanəvi keçmiş futbolçu Devid Bekhem Milad bayramı üçün həyat yoldaşı Viktoriyadan qeyri-adi hədiyyə - toyuq hini alıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, İngiltərə millisinin məşhur sabiq futbolçusu və idman meneceri sevgilisindən Milad bayramı üçün qeyri-adi hədiyyə alıb. Hədiyyə olaraq, onların kənd evlərinin bağçasında artıq bir neçə toyuq və xoruzdan ibarət toyuq hini var.

Yayımlanan videoya əsasən, 48 yaşlı Devid hədiyyədən çox məmnundur. Yeni il papağında quşların yanına çıxıb və onlara buğda töküb. Toyuqlardan əlavə, bir xoruz da alıb.

18 yaşlı oğlu Kruz da atasına qoşulub və sevinclə toyuqları qovmağa başlayıb. Ulduz cütlüyün pərəstişkarları da bu ideyanı yüksək qiymətləndirərək videoya yüz minlərlə bəyənmə yağdırıblar.

Viktoriyanın dediyinə görə, əri toyuqlar arasında əsl fermerə bənzəyir. O, ərinin hədiyyəni bəyənməsindən məmnundur.

Milli.Az


Etiketlər:  Arvadından Devid Bekhemə qeyri Yeni hədiyyəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ