Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 10:16
Alimlər xəbərdarlıq etmişdilər ki, bəşəriyyət tezliklə iqlim böhranı ilə üzləşəcək.
Görünür, 2023-cü il onun "ilk əlaməti" idi.
Sonxeber.net Daily Mail-ə istinadən bildirir ki, alimlərin fikrincə, 2023-cü il bəşər tarixinin ən isti ili sayıla bilər.
Bu il dünyanı güclü istilik və bürkü dalğaları vurdu, ardınca quraqlıqlar, daşqınlar, irimiqyaslı meşə yanğınları və tayfunlar yaşandı.
İlin nəticələrinə yekun vuran elm adamları yeni hesabatda 2023-cü ilin ən maliyyə bahasına başa gələn 20 iqlim fəlakətini adlandırıblar və onlar bütün altı məskunlaşan qitəni əhatə edib, Focus xəbər verir.
1. Havay adaları/ABŞ (avqust) - meşə yanğını, adambaşına 4161 dollar;
2. Quam (may) - fırtına, adambaşına 1455 dollar;
3. Vanuatu (mart) - fırtına, adambaşına 947 dollar;
4. Yeni Zelandiya (fevral) - fırtına, adambaşına 468 dollar;
5. Yeni Zelandiya (yanvar) - daşqın, adambaşına 371 dollar;
6. İtaliya (may) - daşqın, adambaşına 164 dollar;
7. Liviya (sentyabr) - daşqın, adambaşına 105 dollar;
8. Peru (aprel) - daşqın, adambaşına 66 dollar;
9. İspaniya (aprel) - quraqlıq, adambaşına 50 dollar;
10. Myanma (may) - fırtına, adambaşına 41 dollar;
11. Çili (iyun) - daşqın, adambaşına 39 dollar;
12. Haiti (iyun) - daşqın, adambaşına 36 dollar;
13. Meksika (oktyabr) - fırtına, adambaşına 35 dollar;
14. Çili (fevral) - meşə yanğını, adambaşına 30 dollar;
15. ABŞ (iyun) - fırtına, adambaşına 25 dollar;
16. Çin (avqust) - daşqın, adambaşına 23 dollar;
17. Peru (mart) - fırtına, adambaşına 20 dollar;
18. Malavi (mart) - fırtına, adambaşına 17 dollar;
19. ABŞ (mart) - fırtına, adambaşına 16 dollar;
20. Peru (yanvar) - daşqın, adambaşına 9 dollar.