Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 16:28
Rusiya 2023-cü ilin iyununda Kaxovka SES-də bəndin parladılması nəticəsində bölgədə daşqın qurbanlarının real sayını qəsdən gizlədib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Assoşeyted Press"in hazırladığı materialda qeyd olunub.
Material ölənlərin qeydiyyatını aparan tibb işçiləri, yerli sakinləri dəfn edən könüllülər, habelə Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən iki nəfərin məlumatları əsasında hazırlanıb.
Oleşki xəstəxanasının əməkdaşları bildiriblər ki, ruslar yerli qurumların nümayəndələrinə daşqın zamanı ölənlərin meyitlərinin qardaşlıq məzarlarında basdırılmasını tapşırıblar. Onların sözlərinə görə, təkcə Oleşkidə onlarla cəsədin basdırıldığı bir neçə belə qəbir qazılıb.
"Hətta yerli hakimiyyət orqanları həkimlərə ölüm şəhadətnamələri verməyi qadağan edib. Bəzi ölənlərin qohumları belə olmayıb, ona görə də onların dəfnləri ilə rəsmilər məşğul olub. Rus hərbçilər meyitləri özbaşına dəfn edənləri də hədələyib", - tibb işçilərnin verdikləri məlumatda qeyd olunub.
Agentliyə danışanlardan biri deyib ki, təkcə Oleşkidə daşqından ölənlərin sayı 200-300 arasındadır. Rusiyanın Xerson vilayətinə "qubernator" təyin etdiyi Vladimir Saldo isə həmin vaxt hadisə nəticəsində cəmi 59 nəfərin öldüyünü bildirmişdi.