Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehmet Ali Erbil 10 milyonluq evini nümayiş etdirdi - FOTO

Mehmet Ali Erbil 10 milyonluq evini nümayiş etdirdi - FOTO

Tarix: 29 Dekabr 2023 20:45

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin yaşadığı evinin görüntüləri yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  aparıcının mənzilinin fotolarını qızı Sezin Erbil sosial şəbəkədə paylaşıb.

O atasının evinin hər küncünün ayrı dizaynda olduğunu qeyd edib:

"Atama evində çəkilişə icazə verdiyi üçün təşəkkür edirəm. Qonaq otağı çox geniş olduğu üçün hər tərəfini ayrı-ayrı çəkdim. Zaldakı süvenirlərin şəkillərinin bir qismini də başqa vaxt paylaşacam. Zal 4 ayrı hissədən ibarətdir. Atamın qonaq otağında iki ayrı bölmə də var. Biri iki nəfərlik, biri də ümumi qonaqlar üçün nəzərdə tutulub. Üçüncü hissə yemək bölümüdür. O hissə qonaq otağından şüşələrlə ayrılır. Evin son hissəsində isə kitabxana və iş otağı yer alıb. Mənzilin sütunları xüsusi materialdan hazırlanıb. İçərisinə xüsusi fotolar yerləşdirilib."

Mehmet Ali Erbilin sözügedən mənzilinin qiyməti 10 milyon lirə dəyərindədir.

Milli.Az


Etiketlər:  Mehmet Ali Erbil 10 milyonluq evini nümayiş etdirdi FOTO


RƏYLƏR