Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 00:10
Peşəkar Futbolçular Assosiasiyası bəzi TOP klubların bir mövsümdə 86 oyun keçirmə ehtimalı olduğunu açıqlayıb.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, FIFA Klub Dünya Kubokuna 2025-ci ildən 32 komandanın əlavə olunması və UEFA Çempionlar Liqasının qrup mərhələsinin formatının dəyişdirilməsi ilə futbolçular daha çox matça çıxacaq.
Bu isə TOP komandalarda çıxış edən oyunçuların narazılığına səbəb olub. Futbolçular məsələ ilə bağlı məhkəməyə şikayət etməyə hazırdırlar.