Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış modeli döyməkdə ittiham olunan şəxsin istintaqı tamamlandı

Tanınmış modeli döyməkdə ittiham olunan şəxsin istintaqı tamamlandı

Tarix: 30 Dekabr 2023 15:45

Model Raziyyat Əliyevanı döyməkdə ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, iş Bakı Aır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının onun tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.

DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib.

Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur.

Milli.Az


Etiketlər:  Tanınmış modeli döyməkdə ittiham olunan şəxsin istintaqı tamamlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ