Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cennifer və əri Yeni ili bu ölkədə qeyd edəcək – FOTO

Cennifer və əri Yeni ili bu ölkədə qeyd edəcək – FOTO

Tarix: 30 Dekabr 2023 17:45

Dünya şöhrətli məşhur cütlük Cennifer Lopez və Ben Afflek Yeni ili Karib dənizindəki Sent Bartelemi adasında qeyd etmək qərarına gəliblər.  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, paparazzilər ulduz cütlüyü bayramqabağı alış-veriş zamanı görüntüləməyə nail olublar.

Cütlüyün əl-ələ tutub, gülümsəyərək vaxt keçirdikləri görünüb. Lopez yüngül yay paltarı və "Chanel" çantası, Ben isə daha sadə tərzdə ağ köynək və cins şalvarı ilə diqqət çəkib. 
Qeyd edək ki, daha əvvəl internetdə Cennifer Lopez və Ben Afflekin münasibətlərində problemlər olması barədə xəbərlər yayılmışdı. Dünya mətbuatı aktyorun keçmiş həyat yoldaşı Cennifer Qarnerlə bu qədər vaxt keçirməsinin müğənninin xoşuna gəlmədiyini yazmışdı. Amma xoşbəxtlikdən indi hər şey keçmişdə qalıb.  

Milli.Az


Etiketlər:  Cennifer əri Yeni ili bu ölkədə qeyd edəcək FOTO


RƏYLƏR