Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan Polşaya uçan raketlə bağlı son məlumat

Ukraynadan Polşaya uçan raketlə bağlı son məlumat

Tarix: 30 Dekabr 2023 21:44

Polşa hərbçiləri Ukraynadan gələn raketin izlərini tapa bilməyiblər.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.

Departamentin məlumatına görə, 500-ə yaxın ərazi yoxlanılıb. Nəticədə yoxlama nəticəsiz başa çatıb.

"Lüblin bölgəsinin sakinlərinin təhlükəsizliyini təhdid edə biləcək heç bir şey tapılmadı. Ordunun fəaliyyəti başa çatıb və biz ərazidə daha heç bir yoxlama fəaliyyəti planlaşdırmırıq", - məlumatda deyilir.

Bir gün əvvəl naməlum uçan obyekt Ukrayna istiqamətindən Polşaya uçub. Sərhədi keçən andan siqnal yoxa çıxana qədər obyektin hava hücumundan müdafiə radarlarından istifadə edilərək izləndiyi barədə məlumat ortaya çıxıb.

Milli.Az


Etiketlər:  Ukraynadan Polşaya uçan raketlə bağlı son məlumat


RƏYLƏR