Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 23:30
Serbiya müxalifəti bundan sonra Respublika Seçki Komissiyasının binası önündə etiraz aksiyası keçirməyəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Serbiya müxalifətinin liderlərindən Miroslav Aleksiç məlumat verib.
"Artıq Respublika Seçki Komissiyasının qarşısına toplaşmağın mənası yoxdur, çünki orada heç kim yoxdur, Yeni ildən sonra planlar, tədbirlər olacaq. Biz belə vaxtaşırı böyük görüşlər təşkil edəcəyik", - Aleksiç deyib.
Qeyd edək ki, bu gün müxalifət Belqradın mərkəzində dekabrın 17-də keçirilən parlament və bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq böyük mitinq keçirib.