Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski 2024-cü il üçün strategiyanı açıqladı

Zelenski 2024-cü il üçün strategiyanı açıqladı

Tarix: 31 Dekabr 2023 00:24

Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü il üçün müdafiə qüvvələrindən istifadə strategiyasının müəyyən edildiyini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, o bu barədə teleqram kanalında bildirib.

"Biz ilin hərbi yekunlarına yekun vurduq. Döyüş əməliyyatlarının nəticələrini və qərarlarımızı təhlil etdik: nəyi düzgün etdik və nəyi daha yaxşı edə bilərdik. Bu qənaətləri, proqnozları və imkanlarımızı nəzərə alaraq, gələn il üçün hərbi əməliyyatların strategiyasını müəyyən etdik" - deyə Zelenski bildirib.

O vurğulayıb ki, bu il Ukrayna heç bir istiqamətdə geri çəkilməyib, öz dənizini bərpa edib və səmanı daha təhlükəsiz edib.

"Biz bir komanda kimi işləməkdə davam edirik. Ukraynanın qələbəsi üçün əlindən gələni edən hər kəsə təşəkkür edirəm", - dövlət başçısı qeyd edib.

Milli.Az


Etiketlər:  Zelenski 2024 il üçün strategiyanı açıqladı


RƏYLƏR