Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstraliyalı ikiqat Olimpiya mükafatçısı həyat yoldaşını öldürməkdə şübhəli bilinir

Avstraliyalı ikiqat Olimpiya mükafatçısı həyat yoldaşını öldürməkdə şübhəli bilinir

Tarix: 31 Dekabr 2023 20:56

Avstraliyalı velosipedçi və ikiqat Olimpiya mükafatçısı Roan Dennis həyat yoldaşı, trek velosipedi üzrə dünya çempionu Melissa Hoskinsi öldürməkdə şübhəli bilinir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "RMC Sport" agentliyi məlumat yayıb.

Karyerasını başa vuran Roan Dennis həyat yoldaşını öldürməkdə şübhəli bilinərək Adelaidada Avstraliya polisi tərəfindən həbs edilib. İttihamlara görə, 33 yaşlı velosipedçi qadını öz avtomobili ilə vuraraq öldürüb.

Qeyd olunur ki, avstraliyalı ehtiyatsızlıqdan başqalarının həyatını təhlükəyə atmaqla ölümə səbəb olmaqda şübhəli bilinir.

Dennis gələn ilin martında Adelaida məhkəməsi qarşısına çıxacaq.

Milli.Az


Etiketlər:  Avstraliyalı ikiqat Olimpiya mükafatçısı həyat yoldaşını öldürməkdə şübhəli bilinir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ