Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mən burada davam etmək istəyirəm”

“Mən burada davam etmək istəyirəm”

Tarix: 1 Yanvar 2024 15:50

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo mediaya açıqlamasında ölkə çempionatının son durumu baradə danışıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ronaldo açıqlamasında indi bütün dünyanın Səudiyyə Ərəbistanı çempionatını izlədiyini və ölkə çempionatının populiyar olduğunu deyib.

"Liqa böyüməyə davam edir, futbolçular çempionatın ciddi səviyyədə olduğunu gördükləri üçün buraya gəlmək istəyirlər. İndi bütün dünya Səudiyyə Ərəbistanı çempionatını izləyir. Bu, əladır. Mən də burada oynamağa davam etmək istəyirəm", - ulduz futbolçu əlavə edib.

Milli.Az


Etiketlər:  Mən burada davam etmək istəyirəm


RƏYLƏR