Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üçüncü dəfə ilin ən yaxşı pleymeykeri oldu

Üçüncü dəfə ilin ən yaxşı pleymeykeri oldu

Tarix: 2 Yanvar 2024 06:46

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı pleymeykerlərinin adlarını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Bruyne üçüncü dəfə reytinqdə birinci olub.

181 xal toplayan belçikalı oyunçu 2020 və 2021-ci ildən sonra yenidən öz mövqeyinin ən yaxşısı seçilib.

5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb.

 

Futbolçu

Ölkəsi

Klubu

Xal

1

Kevin De Bruyne

Belçika

"Mançester Siti" (İngiltərə)

181

2

Lionel Messi

Argentina

"İnter Mayami" (ABŞ)

100

3

Bernardo Silva

Portuqaliya

"Mançester Siti" (İngiltərə)

78

4

Cud Bellinqem

İngiltərə

"Real" (İspaniya)

70

5

Martin Edeqor

Norveç

"Arsenal" (İngiltərə)

18

6

Camal Musiala

Almaniya

"Bavariya" (Almaniya)

17

7

Toni Kroos

Almaniya

"Real" (İspaniya)

15

8

Pedri

İspaniya

"Barselona" (İspaniya)

12

9

Federiko Valverde

Uruqvay

"Real" (İspaniya)

11

10

Bruno Fernandeş

Portuqaliya

"Mançester Yunayted" (İngiltərə)

10

Milli.Az


Etiketlər:  Üçüncü dəfə ilin ən yaxşı pleymeykeri oldu


RƏYLƏR