Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəhşətli qəza: 4 ölü, 36 yaralı var - YENİLƏNİB - VİDEO

Dəhşətli qəza: 4 ölü, 36 yaralı var - YENİLƏNİB - VİDEO

Tarix: 2 Yanvar 2024 11:12

11:10

Türkiyənin Malatya şəhərinin  Akçadağ rayonunda sərnişin avtobusu aşıb. Qəzada 4 nəfər ölüb, 36 nəfər yaralanıb.

Sonxeber.net Oxu24.com-a istinadən  xəbər  verir  ki,İstanbuldan Malatyaya gedən və sürücüsü hələ məlum olmayan sərnişin avtobusu naməlum səbəbdən Akçadağ rayonunun Develi məhəlləsində aşıb.

Eyni istiqamətdə hərəkət edən və sürücüsü hələ müəyyən edilməyən yük maşını aşan avtobusa çırpılıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə təcili yardım, polis, jandarma və yanğınsöndürmə briqadası cəlb edilib.

Qəza nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb.

Qəzaya görə nəqliyyatın hərəkətinə bağlanan yol avtobus və yük maşını çıxarıldıqdan sonra açılıb.

Yaralılar təcili yardımla Malatya Təhsil və Araşdırma Xəstəxanasına və Turqut Özal Tibb Mərkəzinə aparılıb.

-------

10:11


Türkiyənin Malatya şəhərində avtobus aşıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 3-ü ölüb, 29 nəfər isə yaralanıb.

Avtobusun Malatyada bir turizm şirkətinə məxsus olduğu bildirilib.


Etiketlər:  Dəhşətli qəza ölü yaralı YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ