Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikada sürət qatarı relsdən çıxaraq alovlandı - xeyli sayda yaralı var

Amerikada sürət qatarı relsdən çıxaraq alovlandı - xeyli sayda yaralı var

Tarix: 2 Yanvar 2024 10:18

Amerikada sürət qatarı relsdən çıxaraq alovlanıb, xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "CBS" məlumat yayıb.

Qeyd olunub ki, San-Fransisko şəhərində Orinda stansiyası yaxınlığında yüksək sürətli qatar relsdən çıxaraq alovlanıb, ən azı 9 nəfər yaralanıb.

Digər sərnişinlər təxliyə edilib və yanğın söndürülüb.

Zərərçəkənlər yüngül xəsarətlərlə yerli xəstəxanaya çatdırılıblar. Qatarda neçə nəfərin olduğu və hadisənin səbəbləri məlum deyil.

Orinda stansiyası günün sonuna qədər bağlı qalacaq.

Milli.Az


Etiketlər:  Amerikada sürət qatarı relsdən çıxaraq alovlandı xeyli sayda yaralı var


RƏYLƏR