Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 02:02
Sual: Biz Quran oxumamışdan qabaq Nəhl surəsinin 98-ci ayəsinə əsasən "əuzu billahi minə-ş-şeytani-r-rəcim, bismillahi-r-rəhmani-r-rəhim" deyirik. Əgər bunu etmək həmin ayəyə (Nəhl, 98) əsasən vacibdirsə (fərz), nəyə görə Fatihədə 1-ci ayə deyil? Yaxud da bu ifadələr nə üçün (surələrin nazil edilmə ardıcıllığını nəzərə aldıqda) Ələq surəsinin əvvəlində yoxdur?
Quran oxuduqda "əuzu billahi minə-ş-şeytani-r-rəcim, bismillahi-r-rəhmani-r-rəhim" demək başqa bir şeydir, bu ifadələrin surələrin başında olması başqa. Tutalım ki, surələrin başına bu ifadələri yazıb qoyduq. Bu halda bir surənin hər hansı bir ayəsini oxuduqda hər bir ayədən qabaq bu cümlələri demək lazım gələcək. Yəni, əgər belə olsaydı, Quranın hər sətrinə bu cümlələri yazmaq lazım olardı.
Məlumdu ki, Şeytan 1-ci qat səmadan qovuldu. 1-ci qat səma lövhi-məhfuzun olduğu yerdir. Quranda orada olan Quran barədə deyilir:
"Ona - lövhi-məhfuzda olan Uca Qurana təmiz saxlanmış olanlardan başqası toxuna bilməz". (Vaqiə, 56/79)
Biz də Allahın kitabı olan Quranı oxumağa başlamazdan qabaq: "Əuzu billahi minə-ş-şeytani-r-rəcim", - deyirik. Biz və ya başqa bir şəxs belə deməklə bir növ Quranı Şeytandan qoruyur. Yəni, ona: "Get buradan, uzaq dur! Sənin burada işin yoxdur!", - demiş olur.
Odur ki, Quranda: "Filan surəni oxuduğunuz vaxt o ifadələrin deyin", - deyilmir. Bu buyuruq ümumidir; Quranın hər hansı bir yerini oxumağa başlamadan deyilməlidir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahi