Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bayram günləri dayanacaqlar pulsuzdur?

Bakıda bayram günləri dayanacaqlar pulsuzdur?

Tarix: 3 Yanvar 2024 14:58

Artıq yanvarın 1-i, 2024-cü ildəyik. Hər kəs Yeni il bayramını qeyd edir.

Milli.Az xəbər verir ki, bayramla bağlı olaraq ölkədə yanvar ayının 7-nə kimi tətildir.

İstirahət və tətil günlərində rahatlığını düşünən hər kəs şəhərə şəxsi avtomobili ilə çıxır. Sürücüləri isə bir məsələ düşündürür, bayram günlərində avtomobil dayanacaqları pulsuz olacaqmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bayram günlərində də parklama pulludur:

"Yalnız bazar günləri, eləcə də saat 22:00-dan saat 7:00-dək parklama pulsuzdur".

Milli.Az


Etiketlər:  Bakıda bayram günləri dayanacaqlar pulsuzdur


RƏYLƏR