Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 15:20
"Yalnız eybəcər formada atdanıb-düşmək, "puşduq" ritmində olan mahnıları populyarlaşdırıblar".
Bu fikirləri telekanallarda və radiolarda bayağı mahnıların geniş təbliğ olunmasına münasibət bildirən tanınmış teleaparıcı Kamran Həsənli Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, bu məsələdə telekanalların məsuliyyəti daha çoxdur:
"İnternetdə olan bayağı mahnılar efirlərə ayaq açmır, efirin özü bayağılaşıb. Rəhbərlik başda olmaqla, telekanallarda təmsil olunanlar o mahnılara qulaq asan, o təfəkkürdə olan adamlardır. Efirin özü o mahnılardan daha bayağıdır".
Teleaparıcı bu gün Azərbaycan musiqisinin düşdüyü bərbd durumdan da danışıb:
"Musiqimizin bugünkü halı bərbaddır. Bu proses 10-15 il əvvəl başlayıb. Bizim efirlərdə ortaya çıxardığımız istedadların qarşısını kəsdilər. Bayağı müğənniləri pulla efirə çıxarıb, yalandan da dedilər ki, camaat onları istəyir.
Bu gün bizim musiqimizdən əsər-əlamət yoxdur, Azərbaycan musiqisi darmadağın olub. Söhbət bütün janrlardan - pop, rok, rep, caz, estrada, həm də klassik musiqimizdən gedir. Hamısını darmadağın ediblər.
Yalnız eybəcər formada atdanıb-düşmək, "puşduq" ritmində olan mahnıları populyarlaşdırıblar. Buna görə də Azərbaycan musiqisi hazırda yoxdur, məhv edilib".