Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymarın hamıdan gizlətdiyi hadisə: Gəmisində faciə baş verib?

Neymarın hamıdan gizlətdiyi hadisə: Gəmisində faciə baş verib?

Tarix: 3 Yanvar 2024 20:02

Braziliya mətbuatı ötən ilin sonlarında məşhur futbolçu Neymarın təşkil etdiyi kruiz gəmisində baş verən faciədən yazır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, San-Paulu yaxınlığında bir kruiz gəmisində əyləncə gecəsi təşkil edib.

Amma şənliyin sonu faciə ilə bitib. Braziliyalı yutuber Karlos Alberto Mota Kandreva özünü dənizə atıb.

O, bunu sevgilisi ilə mübahisə etdikdən sonra gəmnin 18-ci mərtəbəsindən dənizə atılıb. Hələ də itkin hesab edilir. Onun sağ olmasına ümid qalmayıb. Çünki hadisə dekabrın 30-da baş verib. Faciə mümkün qədər gizlədilsə də, amma gəmidə olan şəxslər vasitəsilə ictimaiyyətə "sızdırılıb".

"Məni başqası ilə görə bilməyəcəyini düşünürdü, dözə bilmirdi. Dedi ki, mən onu təlxək və axmaq etdim, sonra dənizə atıldı. Mən şoka düşdüm" - deyə Karlosun sevgilisi Vitoria Barbara Momenso açıqlama verib.

Braziliya ordusu Kandrevanın axtarışlarına qoşulub Lakin o, hələ də tapılmayıb. Yutuberlikdən əlavə, Karlos Braziliya bankında proqramçı kimi də çalışıb. O, həmçinin iki mahnı toplusu yazıb və DJ kimi də çıxışlar edib.

Milli.Az


Etiketlər:  Neymarın hamıdan gizlətdiyi hadisə Gəmisində faciə baş verib


RƏYLƏR