Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 21:50
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-nin dövlət borcunun 34 trilyon dolları keçməsi xəbərini ironik şəkildə şərh edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, "Yeni borcunuz mübarək!" - deyə "Telegram" kanalında yazıb.
Qeyd edək ki, rekord borc barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib. Məlumata görə, təkcə 2023-cü ildə dövlət borcu dörd trilyon dollardan çox artıb.