Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yuventus" "Milan"ı məğlub etdi

Tarix: 11 Noyabr 2019 01:48

"Yuventus" İtaliya A Seriyasında növbəti qələbəsini qazanıb.

Qol.az-ın xəbər verir ki, Turin klubu 12-ci turda evdə "Milan"a qalib gəlib. Meydan sahiblərinin qələbə qolunu 77-ci dəqiqədə Paulo Dibala vurub.

"Yuventus" - "Milan" - 1:0
Qol
: Dibala, 77

Bu qələbə ilə xalını 32-ə yüksəldən Maurisio Sarrinin komandası turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "İnter" 31 xalla 2-ci, "Latsio" 24 xalla 3-cüdür.

 


Etiketlər:  Yuventus Milanı məğlub etdi


RƏYLƏR