Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsal İsgəndərli “Boluspor”da çıxış edəcək

Vüsal İsgəndərli “Boluspor”da çıxış edəcək

Tarix: 3 Yanvar 2024 23:48

Türkiyənin "Boluspor" klubu azərbaycanlı futbolçu Vüsal İsgəndərli ilə 1,5 illik anlaşma imzalayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Komandanın rəsmi saytında idmançımız barədə ətraflı təqdimat da yerləşdirilib.

Qeyd edilib ki, Vüsal İsgəndərli 3 noyabr 1995-ci ildə Füzuli şəhərində anadan olub. Futbola "Rəvan Bakı" infrastrukturunda başlayan İsgəndərli müvafiq olaraq "Simurq", "Zirə" "Keşlə", "A. Keçiörengücü", "Sumqayıt" və "Eqnatiya" komandalarında çıxış edib.
Vurğulanıb ki, peşəkar karyerasında 211 matçda meydana çıxan İsgəndərli 31 dəfə fərqlənib. Həmçinin, İsgəndərli 3 dəfə Azərbaycan millisində çıxış edib.


Etiketlər:  Vüsal İsgəndərli Bolusporda çıxış edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ