Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentina Prezidenti Britaniyanı Folklend adaları ilə bağlı danışıqlara çağırdı

Argentina Prezidenti Britaniyanı Folklend adaları ilə bağlı danışıqlara çağırdı

Tarix: 4 Yanvar 2024 01:16

Argentina Prezidenti Xavyer Miley Böyük Britaniyanı Folklend (Malvin adaları) üzərində suverenliyi geri qaytarmağa və bu məsələ ilə bağlı danışıqlara çağırıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

"Malvin adalarının Böyük Britaniyanın nəzarətinə keçməsindən 191 il ötür. Argentina hökuməti və ölkə əhalisi Malvin adaları üzərində suverenlik hüququmuzu müdafiə edir", - hökumət sözçüsü Manuel Adorni mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Argentina hökuməti BMT Baş Assambleyasının müvafiq qətnamələrinin müddəalarına uyğun olaraq suverenlik məsələsinin həllini tapmağa imkan verəcək ikitərəfli danışıqların bərpasına hazırdır.

Qeyd edək ki, iki ölkə arasında adalar üstündə bir neçə dəfə gərginlik yaranıb. Folklend adaları Atlantik okeanının cənub-qərb hissəsində yerləşir və Böyük Britaniyanın ərazisi hesab olunur. Arxipelaq iki böyük adadan və 700-dən çox kiçik adadan ibarətdir.

Argentina təxminən 200 ildir ki, Folklend adalarına nəzarəti ələ keçirməyə çalışır. 1982-ci ilin aprelində Cənubi Amerika ölkəsi arxipelaqı ələ keçirib. İngiltərənin Baş naziri Marqaret Tetçer əraziyə nəzarəti bərpa etmək üçün qoşun göndərib.

Argentina Malvin (Folklend) ilə yanaşı, Cənubi Corciya və Cənubi Sandviç adalarını da öz ərazisi hesab edir.


Etiketlər:  Argentina Prezidenti Britaniyanı Folklend adaları ilə bağlı danışıqlara çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ