Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 02:02
Tövbə surəsinin 40-cı ayəsində Allah-Taala buyurur: "(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): "Qəm yemə, Allah bizimlədir!"-dediyi zaman (göstərmişdi)..."
Bu ayədə Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti təsvir edilir. Onu təqib edən müşriklərdən qorunmaq üçün Peyğəmbər bir mağarada gizlənmiş, Allahın əmri ilə onu tapmasınlar deyə, mağaranın girişində hörümçək tor salmış, göyərçin yuva qurmuşdu. Bu səfərdə o həzrəti yaxın səhabələrindən Əbubəkr müşayiət etmişdi. Təqibçilər mağaranın girişində durduqları zaman Əbubəkr narahatlığını bildirmiş və Peyğəmbər ona qorxmamağı, Allaha sığınmağı tövsiyə etmişdi.