Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Çılpaq gecə”yə görə Kirkorov saniyə-saniyə kəsildi

“Çılpaq gecə”yə görə Kirkorov saniyə-saniyə kəsildi

Tarix: 4 Yanvar 2024 06:50

"Çılpaq gecə" mərasiminin iştirakçıları Nastya İvleyeva, Filipp Kirkorov və lolita Milyavskaya rus telekanallarındakı şou proqramlarda yer almayacaqlar.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bunu "Rossiya Seqodnya" media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

"Telekanallar şounu bir ay əvvəl lentə aldılar. Nəticədə "Birinci kanal" və "Rusiya 1" Lolita və Kirkorovu oradan saniyə-saniyə kəsməli oldular. NTV-də onlar ən kəsilmiş formada qalacaqlar, çünki iki şounun finalına ev sahibliyi edirlər. Finalın yayımlanmaması və ya yenidən çəkilişi müsabiqə iştirakçıları üçün ağrılı olardı. Amma sonda bacardıqları qədər kəsiblər. Filmin bütöv bir parçası TNT-də yenidən çəkilib", - Simonyan bildirib.

Simonyan "Çılpaq gecə" iştirakçılarını Rusiya hərbçilərinin hesabına pul köçürməklə günahlarını yumağa dəvət edib.

Qeyd edək ki, Nastya İvleyevanın təşkil etdiyi gecəyə F.Kirkorovun açıq-saçıq geyimdə qatılması ciddi etiraza səbəb olub. Hətta ondan "xalq artisti" adının geri alınması tələb edilir.

Milli.Az


Etiketlər:  Çılpaq gecəyə görə Kirkorov saniyə saniyə kəsildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ