Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşanın baş naziri: Avropa yaxın bir neçə ildə Rusiyanın hücumuna məruz qala bilər

Polşanın baş naziri: Avropa yaxın bir neçə ildə Rusiyanın hücumuna məruz qala bilər

Tarix: 4 Yanvar 2024 07:38

Yaxın bir neçə ildə Rusiya Avropaya hücum edə bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Polşanın baş naziri Donald Tusk buna əmindir.

"Heç kəs şübhə etməməlidir ki, strateji nöqteyi-nəzərdən Avropa Rusiya təcavüzünün hədəfindədir və bu, Rusiyanın hərbi imkanlarda üstünlüyü aşkar olanda baş verəcək".

Tusk xarici işlər naziri Radoslav Sikorski ilə birlikdə NATO-ya müraciət hazırlayıb. Buna səbəb dekabrın 29-da Rusiyanın Ukrayna ərazisinə hücumu zamanı Rusiya raketlərindən birinin Polşa ərazisinə düşməsidir.

"Biz istəyirik ki, bütün Aİ ciddi şəkildə hərbi səylər olmadan geridə qalacağımızı başa düşsün. Çünki, Avropa yaxın bir neçə ildə birbaşa Rusiyanın hücumuna məruz qalacaq", - Tusk vurğuıayıb.

Milli.Az


Etiketlər:  Polşanın baş naziri Avropa yaxın bir neçə ildə Rusiyanın hücumuna məruz qala bilər


RƏYLƏR